Antalyada havanın temperaturu 45 dərəcəyə yüksələcək


Həftənin sonuna qədər Antalyada havanın temperaturunun daha da artacağı və mövsüm normalarından 8-12 dərəcə yüksək olacağı barədə xəbərdarlıq edilib.


Antalya valiliyindən verilən açıqlamada, son meteoroloji qiymətləndirmələrə görə, mövsüm normalarından artıq olan istilərin həftə sonuna qədər daha da artacağı bildirilib.

"Antaliyada temperaturun 37 ilə 45 dərəcə arasında olacağı təxmin edilir ki, bu da mövsüm normalarından 8-12 dərəcə yüksək olacaq. Temperaturun yüksək olması səbəbindən vətəndaşlarımız, xüsusilə xroniki xəstəlikləri olanlar, qocalarımız və uşaqlarımız günün ən isti saatları olan 11.00-16.00 arası açıq havada olmaq xüsusunda diqqətli olmalıdırlar" - deyə açıqlamada bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu