Qəzzalılar bayram namazını dağıdılmış məscidlərdə qılıblar


Qəzzada yüz minlərlə fələstinli dağılan məscid və evlərin dağıntıları üzərində bayram namazı qılıb.


Qəzza zolağında 9 aydır davam edən müharibə və iztirablara baxmayaraq, fələstinlilər bayram namazını təkbir sədaları altında qılıb, namazdan sonra bir-birləri ilə bayramlaşıblar.

Qəzzalılar hər il Qurban bayramında açıq yerlərdə namaz qılmağı, açıq yerlərdə qurban kəsməyi ənənəyə çevirdiklərini, lakin bu il bu ənənəni yerinə yetirə bilmədiklərini deyiblər.

Davam edən müharibə, qurbanlıq heyvanların Qəzzaya girməsinin qarşısının alınması və blokada səbəbiylə bu il çox az adamın qurban kəsə bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu