Cənubi Çin dənizində Çin və Filippinə məxsus iki gəmi toqquşub


Cənubi Çin dənizində Filippin təchizat gəmisi ilə Çin gəmisi toqquşub.



Çin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Filippin təchizat gəmisinin İkinci Thomas Shoal yaxınlığındakı sulara qanunsuz olaraq girdiyi və Çin gəmilərinə təhlükəli şəkildə yaxınlaşaraq toqquşmaya səbəb olduğu bildirilib.

Açıqlamada Filippin gəmisinin Çin tərəfinin xəbərdarlığına məhəl qoymadığı qeyd edilib. Toqquşma nəticəsində hər iki tərəfdə hər hansı dağıntı və ya xəsarət olub-olmaması ilə bağlı məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu