İngiltərədə 7 aylıq körpə ev iti tərəfindən dişlənərək ölüb
İngiltərənin Koventri şəhərində 7 aylıq körpə ailəsinin evdə saxladığı itin dişləməsi nəticəsində ölüb.
Vest Midlands polisinin verdiyi açıqlamaya görə, iyunun 16-da ingilis ailəsinin bəslədiyi, təhlükəli cinslər arasında olmayan it ailənin körpəsini başından dişləyib. 7 aylıq körpə ağır yaralanıb. Xəstəxanaya çatdırılan körpə ölüb.
Polis aqressiv itin elə həmin gün yatırdıldığını açıqlayıb.