Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozmaqda şübhəli bilinən gəmini saxladı


Cənubi Koreya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Şimali Koreyaya qarşı sanksiyalarını pozmaqda şübhəli bilinən yük gəmisini müsadirə edib.



Yonhap-ın xəbərlərinə görə, Cənubi Koreya səlahiyyətliləri Koreya boğazı yaxınlığında təxminən 3 min tonluq yük gəmisini saxlayıb.

Xarici bayraqlı yük gəmisinin 10 nəfərlik heyətlə Rusiyadan Şimali Koreya üzərindən Çinə kömür və dəmir filizi daşıdığı iddia edilib.

Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında gəminin BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları pozduğu şübhəsi ilə ələ keçirildiyi, beynəlxalq hüquq və ölkə qanunlarına uyğun olaraq lazımi addımların atılacağı bildirilib.

Sözügedən gəmi ölkənin cənubundakı Busan şəhərinin sahilinə gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu