KİV: Aİ 14-cü paket çərçivəsində 69 nəfərə sanksiya tətbiq edəcək


Avropa İttifaqı 14-cü sanksiyalar paketi çərçivəsində 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verir. Agentliyin məlumatında bildirilir ki, Aİ sanksiyalar siyahısına ümumilikdə daha 47 təşkilat və 69 şəxsi əlavə etmək niyyətindədir və bununla da ümum sayı 2200-ə çatdırmaq niyyətindədir.

Məhdudiyyətlərin yekun təsdiqi iyunun 24-də Aİ xarici işlər nazirlərinin görüşündə gözlənilir.

14-cü sanksiyalar paketi ilə bağlı əldə edilən razılığa Rusiyanın mayeləşdirilmiş təbii qazının icma limanları vasitəsilə tranzitinə qadağa da daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu