Roberto Baggio villasında quldurların hücumuna məruz qalıb


İtaliya futbolunun əfsanəvi oyunuçusu Roberto Baggio Altavilla Vicentinadakı villasında 5 nəfərlik dəstənin hücumuna məruz qalıb.



“Sözcü”nün "sCorriere della Sera"ya istinadən verdiyi xəbərə görə, italyanların keçmiş 10 nömrəli futbolçusu Altavilla Vicentinadakı villasında milli matça baxarkən ən azı beş nəfərdən ibarət dəstənin hədəfinə çevrilib.

Oğrular villaya daxil olaraq Baggio və ailəsini otağa bağlayıblar. Oğurluğun qarşısını almağa çalışan Baggio quldur tərəfindən silahın qundağı ilə başından vurularaq yaralanıb.

Alnında dərin yara olan Baggio 40 dəqiqədən çox ailəsi ilə birlikdə otaqda köməksiz vəziyyətdə qalıb.

Quldurlar villanı qarət edib qaçdıqdan sonra Baggio qapını sındıraraq jandarmaya məlumat verib.

Baggionun vəziyyətinin ciddi olmadığı və alnında bir neçə tikişin olduğu öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu