ABŞ Rusiya viza mərkəzini bağlayır


Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dakı hər iki filialını bağlayır, həmçinin rus diplomatlarına ölkədə vergi güzəştlərini ləğv edir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Hər gün bizə qarşı hücumlar edilir və bu gün amerikalılar bizə viza mərkəzinin bağlandığı barədə xəbərdarlıq göndərdilər. Biz soydaşlarımızı tərk etməyəcəyik. Amerika tərəfi öz hərəkətlərini heç bir şəkildə izah etməyib" - deyə səfir qeyd edib.

ABŞ viza mərkəzinin iki filialını - Vaşinqtonda və Nyu-Yorkda bağlayır. Səfir bildirib ki, Ağ Ev və Dövlət Departamentinin nümayəndələri ilə məsləhətləşmələr zamanı o, həmişə təkid edib ki, rusiyalı konsulluq işçilərinə öz peşə fəaliyyətlərini yerinə yetirmək üçün şərait yaradılsın: "Rusiya diplomatik missiyaları ətrafında vəziyyət getdikcə pisləşir. Onları bizim bayramlarımız, kədərli tarixlərimiz qətiyyən maraqlandırmır. Onlar yalnız öz mənafelərini düşünürlər. Onlar heç vaxt şəraitə, adət-ənənələrimizə, mədəniyyətimizə, rus dilimizə fikir vermirlər. Bizə hər gün təzyiqlər, hücumlar olur. Bu, rus diplomatlarına çətinlik yaratmaq istəyidir ki, onlar qorxsunlar və işlərinin sürətini ləngitsinlər”.

Onun sözlərinə görə, Amerika Rusiyanı sındırmağa, Moskvanın xarici siyasətini dəyişməyə, diplomatları Rusiya səfirliyinin divarları arxasında gizlənməyə, ünsiyyət qurmamağa, işləməməyə məcbur etməyə çalışırlar. “Son diplomata qədər bu baş verməyəcək, biz burada qaldığımız müddətdə paytaxtımızdan aldığımız tapşırıqları yerinə yetirəcəyik”, - deyə Antonov vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu