Kreml: Rusiya 2000-ci illərin əvvəlindəki vəziyyətə qayıtmayacaq
Kremlin sözçüsü Dmitri Peskov dünən Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində 19 nəfərin həyatını itirdiyi hücumu paytaxt Moskvada jurnalistlərə dəyərləndirib.
Rusiya prezidenti Vladimir Putinin hücumda həyatını itirənlərə başsağlığı verdiyini ifadə edən Peskov, Rusiyanın dost olmayan ölkələrdən hücumla bağlı başsağlığı mesajı və qınama almadıqlarını vurğulayıb.
Peskov Putinin hücumla bağlı hadisələri yaxından izlədiyini və lazımi məlumatların ona davamlı olaraq çatdırıldığını bildirib.
"Rusiyanın hücuma görə 2000-ci illərin əvvəllərindəki vəziyyətə qayıdacağından narahatsınızmı" sualına Peskov belə cavab verib: "Xeyr. Rusiya indi fərqlidir. Cəmiyyət tamamilə inteqrasiya olunub və dünən Dağıstanda gördüyümüz terror təzahürləri Rusiya və ya Dağıstandakı cəmiyyət tərəfindən dəstəklənmir”. -deyə cavab verdi.