Almaniyada bir polis əməkdaşı Orbanın kortejini müşayiət edərkən ölüb


Almaniyada Ştutqart hava limanına gedərkən Macarıstanın baş naziri Viktor Orbanın korteji ilə siyasətçini müşayiət edən alman polisinin motosiklet müşayiəti əməkdaşlarının iştirak etdiyi ciddi qəza baş verib.



Berliner Zeitung qəzetinin verdiyi məlumata görə, polislərdən biri xəstəxanada ölüb.

Viktor Orbanın polis müşayiətinin əməkdaşları Degerloch bölgəsində qəzaya düşüblər. Səlahiyyətlilərin məlumatına görə, 61 yaşlı polis zabiti ağır yaralanıb və xəstəxanada ölüb.

27 yaşlı digər polis əməkdaşı isə ağır bədən xəsarətləri alıb və hazırda klinikada müalicə olunur.

İlkin məlumata görə, qəzaya 69 yaşlı qadın sürücü səbəb olub və artıq kortej üçün yolun polis tərəfindən bağlandığını görmədən dönmə etmək istəyib. Bundan sonra qadının avtomobili Orbanı müşayiət edən 61 yaşlı polisin motosikleti ilə toqquşub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu