İH-in saxlanılan əməkdaşının oğlu da yüksək vəzifədə işləyirmiş


Xəbər verdiyimiz kimi, dünən Daşkəsən rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.


AFN.az 32gun.az-a istinadən xəbər verir ki, saxlanılanlardan Elman Məmmədovun oğlu da Gəncədə yüksək vəzifə sahibidir. Belə ki, onun oğlu Muraz Məmmədov Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin rəis müavinidir.

M.Məmmədov 6 aydır ki, rəis müavini vəzifəzinə təyin edilib. O bundan öncə idarədə sektor müdiri vəzifəsini icra edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu