Avstriya-Türkiyə oyununun hakimi bilindi


İyulun 2-də "Avro-2024" çərçivəsində keçiriləcək Avstriya-Türkiyə matçının baş hakimi bəll olub.


AFN.az-ın UEFA-nın rəsmi saytına istinadən xəbərinə görə, AÇ-2024-ün 1/8 final mərhələsində baş tutacaq görüşü portuqaliyalı hakim Artur Suares Dias idarə edəcək.

Qeyd edək ki, Artur Suares Dias bundan əvvəlki mərhələdə Polşa-Niderland və Danimarka-İngiltərə matçlarının referisi olub.

Onun idarəçiliyi ilə Avstriya-Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Türkiyə "Avro 2024"-ün qrup mərhələsindən son oyunda Çexiyanı 2:1 udaraq 6 xalla çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu