Qadın evindən zorla çıxarıldı - Bakıda gecə söküntüsü + VİDEO


Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.


“Oxu.az” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.

Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıb. Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.

Ardınca naməlum şəxslər qadının evinə girib onu sürüyərək mənzilindən çıxarıblar.

Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.

Həmin görüntüləri təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu