İspaniyada nifrət cinayətləri 2023-cü ildə bir il əvvəllə müqayisədə 21,3 faiz artıb


İspaniya Daxili İşlər Nazirliyi 2023-cü ildə nifrət cinayətlərinin bir il əvvəlki ilə müqayisədə 21,3 faiz artdığını bildirib.



Nazirliyin məlumatlarına görə, təhlükəsizlik qüvvələri 2023-cü ildə ümumilikdə 2268 nifrət cinayətini araşdırıb.

İspaniyada 2022-ci ilə nisbətən 2023-cü ildə nifrət cinayətlərində 21,3 faiz artım olduğu müəyyən edilib.

Hər 10 nifrət cinayətindən 4-ü irqçi və ksenofobiya xarakterli çıxışlar (856 hadisə) səbəb olduğu halda, bunu cinslə bağlı cinayətlər (522 hadisə) və ideoloji səbəblərdən irəli gələn cinayətlər (352 hadisə) izləyib.

Nifrət cinayətlərinə məruz qalanların 62,1 faizi İspaniya vətəndaşları olduğu halda, ölkədə ən çox immiqrant əhalisi olan Mərakeş və Kolumbiya xarici ölkə vətəndaşları arasında birinci yerdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu