Qırğızıstanda hakimiyyəti ələ keçirməyi planlaşdıran qrup zərərsizləşdirilib


Qırğızıstanın xüsusi xidmət orqanları ölkədə hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran qrupu zərərsizləşdirib.


AFN.az xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat mərkəzindən məlumat verilib.

“Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hakimiyyəti zorakılıqla ələ keçirmə və zorakılıqla ələ keçirmə planlarını həyata keçirən dağıdıcı qrupun qanunsuz fəaliyyətinin qarşısı alınıb. Onlar vətəndaşların ölümü ilə nəticələnən kütləvi iğtişaşlar təşkil etməklə ölkədə ictimai-siyasi vəziyyəti pozmaqda ittiham olunurlar”, - detə məlumatda bildirilir.

Cinayət işi üzrə aparılan istintaq tədbirləri çərçivəsində 5 nəfər tutularaq MTN-in müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onların ad və soyadları istintaqın maraqları baxımından hələ açıqlanmayıb. “Müəyyən edilib ki, bu qrup cinayətkarların ideologiyasını dəstəkləyən, eləcə də fanatik şəkildə dini ideologiyanı təbliğ edən şəxslərdən formalaşıb”, - MTK-mım mətbuat mərkəzindən verilən açıqlamada qeyd edilib.

Axtarış zamanı şübhəlilərdən kustar üsulla hazırlanmış partlayıcı qurğular üçün komponentlər, odlu silahlar, döyüş sursatı, rasiya, zirehli geyimlər, hüquq-mühafizə orqanlarının geyim forması, pilotsuz uçuş aparatları, ekstremist xarakterli ədəbiyyat və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
“Hazırda əlavə istintaq və əməliyyat tədbirləri davam etdirilir”, - deyə MTK-dan bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu