Sinqapurda 16 həşərat növü qida üçün təsdiqlənib

Sinqapurda çəyirtkə, cırcırama və superqurd da daxil olmaqla 16 böcək növünün qida olaraq təsdiqləndiyi bildirilir.
"Channel News Asia" televiziyasının məlumatına görə, Sinqapur Qida Agentliyi (SFA) 16 böcək növünün qida olaraq insan istehlakına icazə verildiyini açıqlayıb.
Ölkədəki restoranlar öz menyularına 16 həşərat növünün hamısını əlavə edə biləcəklər.
Təsdiqlənmiş həşəratlara cırcırama, çəyirtkələr, un qurdları, superqurdlar və ipəkqurdları daxildir.