125 saylı marşrutun 28 Maydakı dayanacağı hər gün niyə dəyişir? - AÇIQLAMA


125 saylı marşrut avtobusun "28 May"dakı dayanacağı ilə bağlı şikayətlər var.


AFN.az-a müraciət edən vətəndaşlar bildirirlər ki, dayanacağın yerinin tez-tez dəyişdirilməsi problem yaradır: "Bu isti yaya günlərində vətəndaşlara zülüm edirlər. Bir gün gəlirik bağın bu başındadır dayanacaq, səhəri gün gəlirik o biri başındadır. Hər gün bağı o baş-bu baş gəzirik. İşdən çıxırıq, yorğun oluruq, harasa tələsirik, bununla bərabər də dayanacaq axtarmağa məcbur oluruq. Bir qərar versinlər, ya o tərəfdə, ya bu tərəfdə qalsın dayancaq".

AFN.az-a məsələ ilə bağlı açıqlama verən Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirdi ki, yaranmış çətinlik müvəqqətidir: "COP29-la bağlı "28 May" ətrafında təmir işləri gedir. Aidiyyəti qurumlar iş aparır - su xətləri, asfaltlanma işləri. Avtobuslar da müvəqqəti yerdəyişmələr etməli olur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu