Pezeşkianın andiçmə mərasiminin tarixi məlum oldu


İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.


Qaynarinfo xəbər verir ki, bunu İran parlamentinin üzvü Moctaba Yusefi deyib.

Onun sözlərinə görə, yeni Prezident inauqurasiya mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir.

Ölkə parlamentində etimad səsverməsi ilə bağlı yekun iclas keçirilməzdən əvvəl təqdim edilən nazirlərin təsdiqlənməsi bir həftə ərzində müzakirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu