Polşa Krım tatar sürgününü soyqırım kimi tanıdı


Polşa Parlamentinin aşağı palatası olan Seym 18 may 1944-cü ildə Krım tatarlarının deportasiyasını Krım tatar xalqına qarşı soyqırım aktı kimi tanıyıb.



Polşa parlamentinin aşağı palatası olan Seym “Krım tatar xalqına qarşı soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək qərarı”nı təsdiqləyib.

Qərarın lehinə səsvermədə 414 deputat “hə”, 16 deputat “xeyr” və 2 deputat bitərəf qalıb.

Qərarda vurğulanıb ki, Sovet İttifaqı hakimiyyəti 1944-cü il mayın 18-də səhər saatlarında Krım tatarlarını Krım yarımadasından deportasiya etməyə başlayıb və üç gün ərzində təxminən 200 min insanı Orta Asiya və Sibirə zorla yerləşdirib.

1944-cü ildə Krım tatarlarının Krımdan deportasiya edilməsinin Krım tatar xalqına qarşı soyqırım aktı olduğu bildirilib.

Polşalı deputatlar həmçinin xatırladıblar ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ərazi bütövlüyü prinsipinin, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu