Nigeriyada məktəbin dağılması nəticəsində 12 nəfər ölüb


Nigeriyanın Plato əyalətində ikimərtəbəli məktəb binasının uçması nəticəsində 8-i şagird olmaqla 12 nəfər həyatını itirib.



Nigeriyanın Plateau əyalətinin paytaxtı Cosdakı Saint Akademiya naməlum səbəbdən dağılıb.

Binada 200-ə yaxın şagird və müəllimin olduğunu bildirən məktəb direktoru Daoramola Ekundayo, "Bu, kədərli və talehsiz bir hadisədir. Bina uçarkən 3-cü sinif şagirdləri imtahan verirdilər" deyib.

İlkin məlumata görə, dağıntılar altında qalan 8 şagird və 4 müəllimin meyiti tapılıb. Dağıntılar altında qalanların xilas edilməsi üçün işlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu