Quttereş Qəzzanın yarım milyon sakini üçün kəskin ərzaq qıtlığını elan edib
Qəzza zolağının yarım milyona yaxın sakini ciddi ərzaq çatışmazlığı ilə üzləşib.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreşin Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclasına hazırladığı yazılı açıqlamada deyilir.
BMT-nin Baş Katibi həmçinin qeyd edib ki, anklavın yanacaq təchizatında fasilələr su, gigiyena məhsulları və səhiyyə xidmətlərinə çıxışı kəskin şəkildə azaldır. “Münaqişə tərəfləri bu çağırışları həll etmək üçün dərhal və köklü şəkildə davranışlarını dəyişməlidir” - deyə Quttereşin bəyanatında qeyd edilir.
Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. İsrail tərəfinin son məlumatlarına görə, Qəzza zolağında 120 nəfər girov hələ də radikalların əlindədir.