"Azəriqaz" məhkəmədə uduzdu: qanunsuz çıxarılan şəxs işə bərpa edildi


Məhkəmədə "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşının işə bərpa edilməsi ilə bağlı qaldırılan iddiaya baxılıb.


Bu barədə vəkil Səbuhi Axundov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə vətəndaşın qanunsuz işdən çıxarılması barədə əmri ləğv edib. 2 illik qanun pozuntusundan sonra işçinin hüquqları tanınıb və onun işinə yenidən bərpa olunması barədə qərar verilib. Eyni zamanda məhkəmə "Azəriqaz” tərəfindən vətəndaşa təzminat ödənilməsi barədə qərar çıxarıb: "İdarə 10 min manatdan çox pul ödəməli olacaq vətəndaşa. O pulun büdcədən hədər getməsinin günahkarları başda qurumun keçmiş rəhbəri Ruslan Əliyev olmaqla, qanunsuz hərəkətləri etmiş kadr, idarə rəisi, hüquqşünas (şər dolu akta imza atdığına görə) məsuliyyətə cəlb olunmalıdırlar.
İnsanlar vəzifələrindən sui-istifadə edib başqaları üzərində üstünlük əldə edə bilməzlər və əgər bunu hər üç məhkəmə instansiyasında sübut etmişəmsə, səbəbkarlar cəzalanmalıdır. Mən işçinin haqlı olduğunu 3 məhkəmə prosesində sübut etmişəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu