Putin Suriyanın suverenliyini dəstəklədiyini açıqlayıb


Rusiya prezidenti Vladimir Putin Suriya hökumətini birlik və suverenliyi müdafiə etməkdə dəstəklədiyini açıqlayıb.



Bu barədə Putin Bəşər Əsədə ünvanladığı diplomatik münasibətlərin qurulmasının 80 illiyi ilə bağlı teleqramında qeyd edib.

“Son onilliklər ərzində Moskva və Dəməşq müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqda böyük təcrübə toplayıblar. Birgə səylər nəticəsində Suriya torpaqlarında beynəlxalq terrorizm qüvvələrinə qarşı mübarizədə mühüm uğurlar əldə edilib”, - deyə Kremlin saytında dərc olunmuş teleqramda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu