Qazaxıstanda An-2 təyyarəsi qəzaya uğrayıb

Qazaxıstanın Akmola vilayətində An-2 təyyarəsi havaya qalxan zaman yanıb.
Bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, xilasedicilər yanğını tam söndürüblər.