Çexiya 2025-ci ildə Ukraynaya sursat tədarükünü davam etdirəcək

Çexiya Ukraynanı sursatla təmin etmək təşəbbüsünü 2025-ci ilə qədər uzatmaq üçün maliyyə tapmağa çalışır. İyul və avqust aylarında Praqa Kiyevə 100 min döyüş sursatı ötürəcək, sentyabrdan isə tədarük prosesi sürətləndiriləcək.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. “Biz 2025-ci ildə təşəbbüsü həyata keçirməyə davam etmək üçün əlavə döyüş sursatı almaq üçün maliyyə axtarırıq”, - deyə o, Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.
Nazir həmçinin qeyd edib ki, sentyabr ayından bu tədarüklər sürətlənəcək.