Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? - AÇIQLAMA


“Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynli 1 sentyabr Milli Məclisə seçkilərdə iştirak etmək niyyətindədir. O namizədliyini 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən irəli sürməyi planlaşdırır”.


Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Qeyd olunur ki, Günhan Hüseynli hazırda YAP Nərimanov rayon təşkilatı İdarə heyətinin üzvüdür. YAP isə 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən Babaşov Nizami Babaş oğlunu vahid namizəd kimi irəli sürüb. İddiaya görə, Günhan Hüseynli buna baxmayaraq,qeyd olunan dairədən bitərəf namizəd kimi seçkilərə qatılmaq və qalib gəlmək iddiasındadır. Onun bu qərarının partiya tərəfindən necə qarşılacağı xeyli maraq doğurur.

İddialarla bağlı Editor.az-a danışan Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli məlumatı təkzib edib: “Ümumiyyətlə, belə bir məsələ yoxdur. Günhan Hüseynli hazırda YAP Nərimanov rayon təşkilatı İdarə heyətinin üzvüdür və seçkilərdə iştirak etməyəcək. Biz seçkilərdə YAP-ın vahid namizədini dəstəkləyirik”.

Qeyd edək ki, gənc prorektor Günhan Hüseynli bir müddət əvvəl medianın gündəminə Gürcüstanda kazinoda böyük miqdarda pul uduzması iddiaları ilə gəlmişdi. O zaman da Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli Günhan Hüseylinin Gürcüstanda kazinoda külli miqdarda pul uduzması ilə bağlı iddiaları rədd etmişdi: “Bu məlumatların heç birinin əsası yoxdur. Günhan Hüseynli 2012-ci ildən Bakı Avrasiya Universitetində ümumi işlər üzrə prorektordur. O, bayram günlərində Gürcüstanda olmayıb. Onun nənəsi ötən günlərdə əməliyyat olunub. Dünən bütün günü Günhan müəllim də orada olublar. Yayılan məlumatlar təxribat xarakterlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu