Biləsuvarda kişi iş zamanı hündürlükdən yıxılıb öldü


Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.


Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

İlkin məlumata görə, hadisə xidməti vəzifəsinin icrası zamanı baş verib.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun FHN əməkdaşı olduğu bildirilsə də, qurumdan sorğumuza cavab olaraq qeyd edilib ki, mərhum Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edilən mütəxəssisi olub.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu