Stinq şərab zavodunu Zelenskilər ailəsinə satıb?


Britaniyalı müğənni Stinq (Qordon Sumner) Toskanadakı “Tenuta Del Palagio Wines” şərab zavodunu Ukrayna prezidenti Vladimir Zelenskinin ailəsi ilə əlaqəli bir şirkətə satıb.


Bu barədə "Database Italia" İtaliya kadastrının məlumatlarına istinadən yazır.

Əməliyyat dəyəri təxminən 75 milyon avro qiymətləndirilir. Sənədlərə görə, şərab zavodunun satışı iyun ayında baş tutub, mülkün yeni sahibi İtaliyanın "San Tommaso S.R.L." şirkətidir.

"San Tommaso S.R.L."in benefisiarı Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya göstərilib. Nəşr qeyd edir ki, Toskana şərab zavodu Zelenskinin İtaliyada keçirilən G7 sammitinə səfərindən iki həftə sonra, iyunun 28-də sahibini dəyişib.

Zavod ildə 15 növ, cəmi 13 min butulka şərab istehsal edir. Buraya təxminən 100 hektar torpaq daxildir, onun dörddə biri üzüm bağlarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu