Yaponiyada avtomobilləri soyudan boya yaradılıb


Yaponiyanın "Nissan" korporasiyası avtomobilin kuzovunu soyutmağa kömək edən boya prototipini yaradıb.



Bu barədə “Jalopnik” nəşri yazıb.

Şirkətin materiallarında deyilir ki, yeni boya növü isti havalarda avtomobilin kuzovunun qızma temperaturunu əhəmiyyətli dərəcədə azalda bilər. "Nissan" bundan avtomobilin kuzov hissələrinin istehsalında istifadə etməyi nəzərdə tutur.

Yapon şirkətinin mütəxəssislərinin fikrincə boyanı yaradan zaman təbiətdə adətən rast gəlinməyən xassələri nümayiş etdirən strukturlara malik sintetik kompozit materiallardan istifadə ediblər. Yeni material infraqırmızı şüaları effektiv şəkildə əks etdirməyə qadirdir.

Təcrübə zamanı adi boya ilə örtülmüş avtomobilin kuzovunun 44 dərəcəyə qədər qızdığı məlum olub. Kompozit boya ilə yığılmış avtomobilin kuzovu isə 33,2 dərəcəyə qədər qızıb.

"Nissan" nümayəndələri yeni boya növünün istifadəsinin avtomobillərin qiymətinə necə təsir edəcəyini açıqlamayıblar. Lakin onlar qeyd ediblər ki, bu boya adi boyadan təxminən altı dəfə qalındır. "Nissan" yeni üsulla ilk növbədə yük maşınlarını və kommersiya məqsədli nəqliyyat vasitələrini rəngləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu