BBC-nin Londondakı ofisi qırmızı boya ilə boyanıb


Böyük Britaniyanın BBC yayım şirkətinin Londondakı baş qərargahı Fələstin tərəfdarı olan qrupun nümayəndələri tərəfindən qırmızı boya ilə boyanıb.


Bu barədə "Sky News" məlumat yayıb. Nəşrin yazdığına görə, korporasiya “Fələstinlilərin işğalçı soyqırımına razılığın hazırlanmasında” şərik olmaqda ittiham edilib.

"İşğal haqqında yalanlar yaymaq və İsrailin müharibə cinayətlərinə razılıq vermək sizin əlinizdə Fələstin qanının olması deməkdir" - deyə "Palestine Action" X-də şərh verib.

Şirkət özü isə vəziyyəti şərh etməkdən imtina edərək, bunun hüquq-mühafizə orqanlarının əməkdaşlarının işi olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu