Eyforiya ilə deyil, məntiqinizlə səs verin, Tənzilə Rüstəmxanlıya vəfa vaxtıdır!


Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkinin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə böyük görüşü keçirilib. Görüşdə Türk İnternet Media Birliyinin Xarici Əlaqələr Şurasının sədri, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər də çıxış edib.


Rayonda rezonans doğuran həmin çıxışı təqdim edirik:

"Əziz neftçalalılar! Dəyərli həmyerlilərim!

Türkiyənin ikinci prezidenti İsmət İnönünün tarixi bir sözü var: "Bir məmləkətdə namuslu insanlar namussuzlar qədər cəsur olmasalar, o məmləkətin qurtuluşu yoxdur".



Seçki prosesi başlamadan Bakıdakı və ermənilərin "Agos" qəzetindəki legionerləriylə sosial mediada çirkin kampaniyalar başladanlar illah da namuslu insanları sonunda onlar haqqında düşündüklərini aydın səslə deməyə vadar edirlər.

Bəli, dəyərli neftçalalılar, canlarım, əzizlərim, qohumlarım, açıq deyirəm indi vəfa vaxtıdır!

Yanlış duymadınız! 44 günlük vətən savaşında xarici telekanallarda ölkəsinin mövqeyini müdafiə edən, övladı ön cəbhədə minalı ərazilərdə zəfər yolu üçün çalışarkən içindəki narahatlığı büruzə vermədən ideoloji mübarizə aparan Tənzilə Rüstəmxanlıya vəfa vaxtıdır! Birinci Qarabağ savaşında azyaşlı uşağını bacısına əmanət edib, savaşın ən qaynar nöqtələrində insanları ərzaqsız qoymayan Tənzilə Rüstəmxanlıya vəfa vaxtıdır! Evində canından can qopduğu halda Türkiyəyə, oradan Avropaya gedib, şəhər-şəhər, ölkə-ölkə Xocalını anladan, xalqın dərdinə ağlayıb öz dərdini bağrına basan Tənzilə Rüstəmxanlıya vəfa vaxtıdır! Sizin övladınız olan Aqil Ələsgər başda olmaqla Türk Dünyasının dörd bir yanından olan övladlarına analıq edən Tənzilə anaya vəfa vaxtıdır! Sözünün əri olduğuna 20 ildən çoxdur yaxından şahid olduğum, ən kritik anlarda cəsarətli kişilərin belə tərəddüd etdiyi bir məqamda tərəddüdsüz haqlının yanında yer alan Tənzilə Rüstəmxanlıya vəfa vaxtıdır! Daha əziz Neftçalamızın yüzlərlə şəhid verdiyi Qarabağdakı zəfərimizlə bağlı bir müsbət cümləsi olmayan, əksinə davamlı ordumuza dil uzadıb, savaşın ən qızğın çağında ermənilərin "müharibə dayansın, Qarabağ ermənilərdə qalsın" kampaniyasına qoşulanlara vəfa borcumuz yoxdur, olmamalıdır!



Xaricdə Azərbaycan əleyhinə aksiyalar keçirib, ermənilərin ağzıyla "Dağlıq Qarabağ ermənilərinin humanitar böhran yaşamasından" narahatlıq keçirənlərə, Qarabağı işğal edəni bir dəfə də olsun qınamayıb, o torpaqlar üçün can qoyanları hədəf seçənlərə vəfa borcumuz yoxdur, olmamalıdır!

Daha Qərbin ən çirkin aksiyalarını ölkəmizə gətirib, bizim xanımlarımıza həsr etdiyimiz o gözəl 8 martı "hansısa bədən üzvlərinə azadlıq" şüarları ilə yozmaq istəyənlərə vəfa borcumuz yoxdur, olmamalıdır! Əziz neftçalalılar, bir əyalət məmuruna qarşı etdiyi hərəkəti əlində bayraq tutub qəhrəmanlıq dərsi keçməyə çalışanlar deyəsən "Google" deyə bir texnologiyanın olmasından xəbərsizdirlər. Baxın, araşdırın və kimə vəfa borcumuzun olub-olmadığını özünüz görün!

Və eyforiya ilə deyil, məntiqinizlə səs verin!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu