Ülvi Quliyevin seçicilərlə görüşü davam edir - VİDEO


1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd Ülvi Quliyev avqustun 9-da başlayan təbliğat və təşviqat kampaniyası çərçivəsində bu günə qədər çoxsaylı görüşlər keçirib.



Deputatlığa namizəd Ülvi Quliyevin seçki qərargahının üzvləri təbliğat və təşviqat kampaniyası çərçivəsində hər ünvanı ziyarət edərək seçicilərin problemləri ilə maraqlanıblar. Bu görüşlər çərçivəsində minlərlə seçici ilə təmas qurulub, onların problemləri dinlənilib, şikayət və təklifləri dəyərləndirilib.

Qərargahdan verilən məlumata görə bu görüşlər davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu