BDU-ya qəbul olunanların 539 nəfəri 600-dən yuxarı bal toplayıb


2024/2025-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) ilkin olaraq qəbul olan 5608 nəfərdən 539-u 600-dən çox, 1147-si 500-600 arası bal toplayıb.


BDU Mətbuat xidmətindən AFN.az-a verilən məlumatda bildirilir ki, yuxarı bal ilə BDU-ya qəbul olunanların sayı ötən ilə nisbətən artıb. Ötən il BDU-ya qəbul olanların 267 nəfəri 600-dən, 839 nəfəri 500-dən yuxarı bal toplamışdı.

Ən yüksək nəticəni isə 684.1 balla “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına qəbul olan Sevil Gülməliyeva göstərib.

Qeyd edək ki, ilkin nəticələrə əsasən, 2024/2025-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) ayrılmış 5700 plan yeri 98,3 faiz dolub.

Belə ki, BDU-nun bakalavriat səviyyəsinə 5608 nəfər qəbul olub. Onlardan 4123 nəfəri dövlət sifarişli, 1485-i isə ödənişli əsaslarla təhsil alacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu