Şamaxıda seçici sənəd təqdim etmədən səs verir - VİDEO


Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində artıq qayda pozuntuları məlumatlar yayılır.


AFN.az xəbər verir ki, pozuntulardan biri də 88 saylı Şamaxı seçki dairəsinin 5 saylı məntəqəsində qeydə alınıb. Belə ki, yayılan vidogörüntülərdən aydın olur ki, həmin məntəqədə vətəndaş şəxsiyyətini təsdiq edən sənəd vermədən seçkidə iştirak edir. Bununla bağlı yayılan məlumatda o da qeyd edilir ki, məktəblərdən birində ingilis dili müəllimi işləyən Günayə İsgəndərova adlı xanım adı MSK-nın müvafiq siyahısında olmadığı halda həmin məntəqədə seçki komissiyasında təmsil olunur. Səsvermə zamanı isə bir nəfər kişi xeylağı məntəqə komissiyasına yaxınlaşaraq, heç bir sənəd təqdim etmədən bülleten götürüb səs verib. Videoda digər seçicilərin vəsiqələrini təqdim edərək bülleten götürdükləri də əksini tapıb.

Qeyd edək ki, 88 saylı Şamaxı seçki dairəsini VI çağırış parlamentdə Tamam Cəfərova təmsil edib. O, növbədənkənar seçkilərdə də namizədliyini verib.

Həmin videonu aşağıdakı linkdən izləyə bilərsiniz:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu