İlkin toyda düşən davada öldürülübmüş: Saxlanılan var - YENİLƏNİB


Ağdaş Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.


Bildirilib ki, sentyabrın 7-də saat 23 radələrində Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlinə görə saxlanılan var.


DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.

Rəsmi açıqlamaya əsasən, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, İ.İsgəndərli toyda düşən mübahisə nəticəsində öldürülüb.

Belə ki, o Ağdaşa başqa rayondan qonaq gəlibmiş. Şahidlərin sözlərinə əsasən, toyda mübahisədən sonra dava düşüb. Bıçaqlanan 28 yaşlı İlkin İsgəndərli də onlar arasında olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu