ABŞ-ın Rusiya mediasına qarşı heç bir addımı cavabsız qalmayacaq - Zaxarova


Vaşinqton başa düşməlidir ki, Rusiya Federasiyasına və onun mediasına qarşı atdığı hər bir addım öz cavabını alacaq.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz onların gördüyü hər şeyi düzgün oxuyacağıq, hətta onların heç bir şübhəsi olmasa belə, cavab tədbirləri görüləcək”, - diplomat ABŞ-ın Rusiya mediasına qarşı təqiblərini şərh edərkən deyib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ təkcə Rusiyaya zərbə vurmur, onun əsas hədəfi öz vətəndaşları, ictimai xadimlər və jurnalistlərdir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun iki müavininə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bundan əlavə, ABŞ Dövlət Departamenti “Rossiya Seqodnya” media qrupu, RİA Novosti, RT, TV-Novosti, Ruptly və Sputnik ilə bağlı əməliyyat qaydalarını sərtləşdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu