ASGA Şimali Kipr Türk Cümhuriyyətində "Qarabağda milli-mədəni irs" adlı tədbir keçirib


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Şimali Kipr Türk Cümhuriyyətində Qarabağla bağlı tədbir həyata keçirib.


Tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qarabağda milli-mədəni irs” layihəsi çərçivəsində reallaşıb. Tədbirdə Şimali Kipr Türk Cümhuriyyəti TMT Mücahidlər Dərnəyinin baş qərargahının rəhbəri Celal BAYAR, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin QHT Kommunikasiyalar üzrə müşaviri Lətif Akça, Əlillər İdmanı Federasiyasının prezidenti Ahmet Akdeniz, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin xüsusi müşaviri Gökhan Gülər, YDÜ Kompüter Mühəndisliyi Departamentinin rəhbəri, Tətbiqi Süni İntellekt Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Rahib Abıyev, Kipr Azərbaycan Diaspor Mərkəzi İdarə Heyətinin sədri Raul Dinyev, Kipr Azərbaycan Diaspor Mərkəzinin Baş Katibi Toğrul Abbasov, Kadri Fellahoğlu, Senar Ekrem Koreli, QHT və media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səslənməsi və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqə sükütla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Kipr Azərbaycan Diaspor Mərkəzinin Baş Katibi Toğrul Abbasov moderator olaraq qonaqları salamladı və tədbir barədə geniş məlumat verdi.

Sonra Kipr Azərbaycan Diaspor Mərkəzinin İdarə Heyətinin sədri Raul Dinyev çıxış edərək Azərbaycan və ŞKTC-nin əlaqələrindən və mümkün perspektivlərdən danışdı. R.Dinyev eyni zamanda Qarabağın milli-mədəni irsinin gələcək nəslə çatdırılmasının vacibliyindən danışdı.

Daha sonra Tətbiqi Süni İntellekt Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Rahib Abıyev "Qarabağın milli-mədəni irsi" mövzusunda geniş məruzə ilə çıxış etdi.

Sonra Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin QHT Kommunikasiyalar üzrə müşaviri Lətif Akça çıxış edərək Qarabağın işğaldan azad olunmasının dünyadakı geosiyasi vəziyyəti dəyişdiyini dedi.

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin xüsusi müşaviri Gökhan Gülər isə çıxışında hər iki ölkənin əlaqələrindən və bu əlaqələrin perspektivlərindən danışdı.

Sonra TMT Mücahidlər Dərnəyinin baş qərargahının rəhbəri Celal BAYAR çıxış edərək ŞKTC-nin taleyinin Qarabağ taleyinə oxşar olduğunu dedi.

ASGA sədr müşaviri Nərmin Abbasova çıxışında layihənin bütün türkdilli ölkələrdə reallaşdırılmasının vacibliyindən danışdı.

ASGA sədri Səbuhi Abbasov isə çıxışında Qarabağla bağlı ilk tədbirin ŞKTC-da keçirilməsinin tarixi hadisə olduğunu dedi. S.Abbasov Qarabağın işğaldan azad olunmasının təkcə Azərbaycana deyil, bütün türk dünyasına fayda verdiyini deyib: "30 il ərzində ermənilər məscidlərimizi donuzxanaya çevirdilər, tarixi alban kilsələrini, milli-mədəni nümunələrimizi erməniləşdirməyə çalışdılar. Bu gün onların arzusu ürəklərində qaldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu torpaqlarımızı terrorçulardan təmizlədi, Dəmir Yumruq ermənilərin başını əzdi. Bu gün Qarabağımız dirçəlir, yenidən qurulur. Layihəni dəstəklədiklərinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm."

Sonda ASGA tərəfindən hazırlanmış qısametrajlı "Zəfərə gedən yol" filmi geniş ictimaiyyətə təqdim olundu.

Tədbirin yekununda iştirakçılara ASGA adından Fəxri diplomlar və hədiyyələr təqdim edilib.
























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu