26 il əvvəlki qətlə görə 17 il həbs cəzası


26 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən Kərim Kərimlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Lent.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Dövlət ittihamçısı Ziya Mansurov çıxış edərək, məhkəmədən təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs qəti olaraq 17 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.

Prokurorluq, Daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən həyata keçirilmiş məqsədyönlü və koordinasiyalı tədbirlər nəticəsində Kərim Kərimli tərəfindən aralarında yaranmış mübahisə zəmnində Zoyaxanım Rzayevanın xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu