Sabah Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı iclası olacaq
Azərbaycan Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-də saat 15:00-a təyin edilib.
AFN.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.