Latviya bankomatlarda rus dilindən istifadəni qadağan edib

Latviya parlamenti kredit təşkilatları haqqında qanuna ölkənin bankomatlarında rus dilindən istifadəni qadağan edən dəyişiklikləri qəbul edib.
AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, qanuna dəyişiklikdən sonra ölkənin kredit təşkilatlarının təqdim etdiyi bankomatlarda latış dili quraşdırılmalıdır. Həmçinin cihazlarda Aİ və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin, eləcə də assosiasiyalara üzv olmağa namizəd dövlətlərin rəsmi dilləri quraşdırıla bilər. Düzəlişlərin məqsədi bütün Latviya ərazisində sakinlər üçün nağd pulun olmasını təmin etməkdir.