Texniki baxışda maşından narkotik çıxdı -


Bakıda texniki müayinəyə aparılan avtomobildə narkotik vasitələr aşkarlanıb.


Baş DYP İdarəsindən verilən məlumata görə, Müayinə Mərkəzində paytaxt sakini Anar Babayevə məxsus “Land Rover” markalı maşın texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.

Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prossesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyəti üzrə təhvil verilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu