“Bakı Sığorta”nın yığımları azalmaqda davam edir - 60 faizlik enmə


"Bakı Sığorta” ASC bu ilin yanvar-avqust aylarında 1 milyon 486 min manat sığorta haqqı toplayıb.


Valyuta.az xəbər verir ki, bu, 2023-cü ili yanvar-avqust ayları müqayisədə 2 milyon 229 min manat və ya 60 % azdır. 2023-cü ilin yanvar-avqust aylarında şirkətin yığımlarının həcmi 3 milyon 715 min manat olub.

Bu ilin hesabat dövründə şirkətin ödənişlərinin həcmi 1 milyon 220 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33 % və ya 600 min manat azdır. 2023-cü ilin hesabat dövründə şirkətin ödənişlərinin həcmi 1 milyon 820 min manat olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 927,732 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,55 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu