Braziliya prezidentinin təyyarəsi texniki nasazlıq səbəbindən 5 saat havada qaldı


Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi texniki problem səbəbindən təxminən 5 saat havada qaldıqdan sonra havaya qalxdığı Meksikanın paytaxtı Mexiko şəhərinin hava limanına təhlükəsiz eniş edib.



Lula Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak etməli olduğu Meksikadan Braziliyanın paytaxtı Braziliyaya qayıdarkən təyyarədə texniki problem yaranıb.

Braziliya Hərbi Hava Qüvvələri Komandanlığı Lula, həyat yoldaşı Rosangela da Silva və bəzi kabinet üzvlərinin də olduğu 16 nəfəri daşıyan "Airbus A319" tipli təyyarənin təhlükəsiz eniş etdiyini açıqlayıb.

Nasazlıq səbəbindən təxminən 5 saat havada qalan təyyarə sağ-salamat Mexiko hava limanına enib.

Braziliya Hərbi Hava Qüvvələri texniki problemin nə olduğunu açıqlamasa da, problemdən sonra təhlükəsizlik protokollarına görə təyyarənin havada yanacaq sərf etməli olduğunu və bunun uğurla həyata keçirildiyini bildirib.

Braziliya mətbuatı Lulanın təyyarədəki komandasının texniki problemin arxasında quş zərbəsinin ola biləcəyinə bildirib.

"Associated Press"ə (AP) danışan Braziliya prezidentinin mətbuat katibi Xose Krispiniano təyyarədəki hər kəsin təhlükəsiz olduğunu açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu