Gürcüstanın baş naziri Rusiya ilə münaqişənin həllini prioritet adlandırıb


Rusiya Federasiyası ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir.



Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.

“Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdən biridir”, - TASS baş nazirin sözlərindən sitat gətirib.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı və ABŞ ilə münasibətlərin bərpası da Gürcüstan üçün ən vacib vəzifədir:

“Ən mühüm milli vəzifəmiz ABŞ və Avropa İttifaqı ilə münasibətləri bərpa etməkdir. Bugünkü münasibətlərimizi bəyənmirik. Bizim tərəfimizdən münasibətlərin bərpası üçün bütün addımlar atılır".

O, Ukraynada münaqişə bitdikdən sonra həm ABŞ, həm də Aİ ilə münasibətlərin yenidən qurulacağına əmin olduğunu bildirib.

Bundan əlavə, o əlavə edib ki, “Gürcü Arzusu” partiyası 2028-ci ilə qədər ölkə iqtisadiyyatını 47,4 milyard dollara çatdırmağı planlaşdırır.

“Bizim proqnozumuza və mövcud planlara uyğun olaraq, əminliklə deyə bilərik ki, 2028-ci ilə qədər iqtisadiyyat ən azı 130 milyard lariyə qədər artacaq”, - baş nazir qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu