Beynəlxalq Müəllimlər Günündə bir qrup pedaqoq təltif olunub – FOTOLAR


“Ege Group” Xaricdə Təhsil və Karyera Mərkəzi və “Türk Edu” Türkiyədə Təhsil və Təlim Mərkəzi bir qrup fəal müəllimlə bir araya gələrək Beynəlxalq Müəllimlər Gününü qeyd edib. Tədbirdə “EGE Group”un direktoru Mikayıl Mirzəzadə, “Türk Edu”nun direktoru və təhsil eksperti Türanə Zeynalova və “EGE Group”un xaricdə təhsil üzrə baş mütəxəssisi Əkrəm Nəzərov çıxış edərək müəllimlərin cəmiyyətin inkişafındakı rolundan bəhs ediblər.


Mikayıl Mirzəzadə pedaqoqlarımızın yeni nəslin formalaşmasına müstəsna əhəmiyyətini qeyd edərək, onları gələcəyin liderlərini yetişdirən qəhrəmanlar adlandırdı və müəllimlərin əməyinin heç zaman unudulmayacağını söyləydi.

Türanə Zeynalova isə, cəmiyyətin formalaşmasında misilsiz rolunu önə çəkdi: “Təhsil yalnız bilik vermək deyil, eyni zamanda insanları formalaşdırmaqdır. Müəllimlər bu missiyanın daşıyıcılarıdır”.

Əkrəm Nəzərov isə çıxışında xaricdə təhsil imkanları və müəllimlərin bu prosesdəki vacib rolunu vurğuladı. O, müəllimlərin şagirdlərin inkişafında və onların qlobal dünyaya inteqrasiyasında necə təsirli olduğunu qeyd etdi. Tədbirdə, müxtəlif sahələrdə fəaliyyət göstərən müəllimlər iştirak edirdi.

Tədbir zamanı bir qrup müəllim Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə təltif olundular. Təltif olunan müəllimlər öz fikirlərini paylaşaraq, bu cür təşəbbüslərin onların motivasiyasını artırdığını bildirdilər.

Təltif olunan müəllimlər:

1. Şəhla Musayeva

2. Tahirə Orucova

3. Kəklik Həsənova

4. Xəyalə Abbasova

5. Ülviyyə Abbasova

6. Zərifə Əliyeva

7. Ədibə Məcidova

8. Gülnarə Kazımova

9. Ülviyyə Ayaz

10. Gülçin Məmmədli

11. Bircəxanım Aydınova

12. Şəlalə Heydərova

13. Ülviyyə Mütəllimzadə

14. Sevda Məmmədova

15. Nümunə Eynullayeva

16. Aqil İslamlı

17. Elşən Musayev

18. Elçin Rzayev

Tədbirin sonunda xatirə fotosu çəkildi. “EGE Group” və “Türk Edu” gələcəkdə də müəllimlərin inkişafı və təhsilin keyfiyyətinin artırılması üçün birgə layihələr həyata keçirməyə davam edəcəklərini qeyd etdilər.






































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu