Quterreş və Putin görüşüb


Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinlə görüşüb.



BMT sözçüsü görüşlə bağlı açıqlama verib.

Bildirilib ki, Kazanda keçirilən genişləndirilmiş BRİKS+ Liderlər Toplantısı çərçivəsində keçirilən ikitərəfli görüşdə Quterreş Ukrayna ilə bağlı mövqeyini təkrarlayıb.

Bəyanatda qeyd olunub ki, baş katib Rusiyanın Ukraynaya təcavüzünün BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğunu bəyan edib.

Açıqlamada Quterreşin Qara dənizdə naviqasiya azadlığının kritik əhəmiyyət daşıdığını ifadə etdiyi və bu kontekstdə aparılan danışıqları qətiyyətlə dəstəklədiyi vurğulanıb.

Bəyanatda ikilinin Yaxın Şərqdəki vəziyyəti də müzakirə etdiyi, Qəzza və Livanda atəşkəsin təmin edilməsi və regional gərginliyin daha da artmasının qarşısının alınması məsələlərinin müzakirə edildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu