Mossad direktoru Qətərdə məhbus mübadiləsi danışıqlarını müzakirə edib
İsrailin xarici kəşfiyyat agentliyi Mossadın direktoru David Barneanın Qətərin paytaxtı Dohadan qayıtdığı və orada Təl-Əviv rəhbərliyi ilə HƏMAS arasında məhbus mübadiləsi danışıqlarının müzakirə etdiyi açıqlanıb.
İsrail Baş Naziri Ofisindən verilən açıqlamada Mossad direktoru Barnea Dohada Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Villiam Börns ilə məhbus mübadiləsi ilə bağlı əvvəlki təkliflər də daxil olmaqla yeni vahid çərçivəni müzakirə edib.
Bəyanatda o da bildirilib ki, HƏMAS və vasitəçilər arasında danışıqların bərpası imkanlarının və razılığa gəlmək üçün davam edən səylərin qiymətləndirilməsi üçün yaxın günlərdə danışıqlara başlanılacaq.
Qeyd edək ki, Qəzzada 101 israilli məhbusun HƏMAS tərəfindən saxlanıldığı bildirilir.
Mənbə: AA