Paytaxt əhalisi 9 ayda 25 milyard xərcləyib
2024-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 24949,1 milyon manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsinin müvafiq məlumatında bildirilir.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 14219,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,4 faiz artaraq 10729,3 milyon manat təşkil edib.
İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.