Yasamalda yaşayan müəllimin Qaradağda işləməsi problemdir - deputat


“Bizim ən böyük problemlərimizdən biri təhsildir”.


Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bu gün tıxaclarda sıxlıq yaradan problemlərdən biri müəllimlərin yaşadığı yerdən uzaq məktəbdə işləməsidir. Məsələn, Yasamalda yaşayan müəllimin Qaradağda işləməsi problemdir. Belə ki, bu kimi müəllimlər vaxtında məktəbə çatmaq üçün saatlarla yolda vaxt itirir. Bunu sistemləşdirmək nə qədər çətin ola bilər? Müəllimin də ailəsi, sosial problemi var. Bu, məktəbdə dərsin keyfiyyətinə də təsir edir”.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu