Gürcüstan MSK ölkədə prezident seçkilərini başa çatmış elan etdi

Gürcüstan Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərini başa çatmış elan edib.
Gürcüstanda prezident seçkiləri ona görə baş tutub ki, Seçicilər Kollegiyası üzvlərinin ümumi sayının yarıdan çoxu səsvermədə iştirak edib.
Bu barədə dekabrın 14-də keçirdiyi brifinqdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani məlumat verib.
İclas Gürcüstan Parlamentinin Sarayından MSK-nın Facebook səhifəsində yayımlanıb.
“Saat on ikinin yarısı seçki kollegiyasının 170 üzvü (300 nəfərdən ibarətdir. - Red.) artıq səsvermə prosesində iştirak edib. Buna görə də seçkilər baş tutub”, - deyə İoseliani bildirib.